Azərbaycanda Yerli Demokratiya həftəsinin başlanması ilə əlaqədar Sumqayıt Bələdiyyəsində şəhərin bir sıra məhəllə və mikrorayonlarında fəaliyyət göstərən məhəllə komitələri sədrlərinin iştirakı ilə geniş tədbir keçirilmişdir. Bu barədə məlumatı Sumqayıt bələdiyyəsindən verilib.
Bələdiyyə sədri professor əbülfəz Babayev tədbiri açaraq, builki “Demokratiya həftəsinin” “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında keçirildiyini və bu tədbirin məhəllə və mikrorayon sakinlərinin qarşılıqlı qonşuluq, kollektivçilik münasibətlərinin səmimi və mehriban ünsiyyət, sivil cəmiyyət davranışı üzərində daha yüksək şəkildə formalaşmasında mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırib.
Çıxışında sədr qeyd edib ki, ölkəmizdə artıq 8-ci ildir ki keçirilən “Yerli Demokratiya həftəsi”nin yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasında, fəallığının artmasında rolu əsas tutularaq, tədbirdə məhəllə komitələri sədrlərinin əsas diqqəti builki “demokratiya həftəsi”nin proqramına uyğun olaraq Sumqayıtın əhalisinin daha sıx olan yaşayış sahələrində sakinlərlə görüşlərin yüksək səviyyədə, səmərəli təşkilinə, Milli Məclisə seçkilərin hazırlıq dövrü də nəzərə alınmaqla sakinləri narahat edən problemlərin diqqətlə öyrənilməsinə yönəldilib.
“Yerli Demokratiya həftəsi”nin keçirildiyi günlərdə Bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı anlaşma təmin edilməli, hər bir mikrorayon və məhəllə sakininin, hər bir ailənin müraciət və təkliflərinin dinlənilməsinə, ardıcıl olaraq reallşmasına, hər bir məhəllə və mikrorayonda əhali ilə səmimi ünsiyyət yaradılmasına, görüşlərin aşkarlıq və demokratiya şəraitində keçirilməsinə maksimim səy göstərilməlidir. Keçiriləcək görüşlərdə gənclərin də fəal iştirakının təmin edilməsinin, onların arzu və təkliflərini, cəmiyyətimizin inkişafı ilə bağlı ideyalarını diqqətlə öyrənərək, qaldırılmış məsələlərin reallaşması işinə məhz gənclərin özünün cəlb edilməsinin vacibliyi bildirilib.
Tədbirdə Mənzil-istismar sahələrinin olmadığı ərazilərin məhəllə komitələri sədrləri Rövşən Hümbətov, Tamara Məmmədova, Xürrəm Bədəlov, Eldar Məhərrəmov, Roza Cəbiyeva, inqilab Səlimov və digərləri çıxış edərək, təmsil etdikləri məhəllələrdə sakinləri narahat edən məsələlərlə, “Yerli Demokratiya həftəsi”nin yüksək səviyyədə keçirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.
Həftə ərzində Bələdiyyə rəhbərliyinin vətəndaşlarla görüşlərinin gündəlik olaraq təşkil edilməsi, əhaliyə görülən işlər haqqında hesabatların verilməsi, bələdiyyə ərazisində mövcud olan problemlər barədə müzakirələrin aparılması məqsədilə Sumqayıt Bələdiyyəsi həftənin bütün günləri “Açıq qapı” rejimində fəaliyyət göstərib. Artıq vətəndaşların Bələdiyyə ilə birbaşa əlaqəsini təmin etmək üçün “qaynar xətt” təşkil edilərək, vətəndaşların müraciətlərinin, arzu və təkliflərinin qeydə alınması məqsədilə bələdiyyə binasının qarşısında və əhalinin sıx yaşadığı məhəllə və mikrorayonlarda “bələdiyyə poçtları”nın quraşdırılıb.
Bununla yanaşı verilən məlumatda daha sonra qeyd edilir ki, Sumqayıt Bələdiyyəsi “Yerli Demokratiya həftəsi” çərçivəsində növbəti tədbirləri Ceyranbatan qəsəbəsi yaxınlığındakı Yeni Yaşayış massivində və Kompressor zavodu ətrafında məcburi köçkünlərin kompakt yaşadığı ərazidə keçirib.
Sədri müavini Musa Həsənovun iştirak etdiyi, demokratiya şəraitində və açıq dialoq şəklində keçən həmin görüşlərdə də sakinləri narahat edən məsələlər diqqətlə öyrənilərək, onların arzu və təklifləri dinlənilib.
Belediyye.info
|
|
|
|